CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə Nazirliyi: David Tonoyan öz-özünü təkzib edir

D.Tonoyan ölkədə keçiriləcək parlament seçkiləri qabağı erməni ictimaiyyətini yenidən çaşqınlığa sürükləyir
Sputnik

BAKI, 12 noyabr — Sputnik. “Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar Ermənistan tərəfinə rahatlıq vermir və onları daim gərginlikdə saxlayır”. Bu barədə Sputnik Azərbaycan-a Ermənistan müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyanın sözlərinə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir.

Müdafiə naziri S-300-lərin düşmənə tuşlandığı yeni hərbi hissəni açdı

Xatırladaq ki, Tonoyan bu gün jurnalistlərə verdiyi açıqlamasında növbəti dəfə sərsəm bəyanat səsləndirib. D.Tonoyanın bir tərəfdən Azərbaycan Ordusunun Naxçıvan istiqamətində guya “heç bir ərazini azad etmədiyi və yalnız öz sərhədləri daxilində irəliləyərək mövqelər arasında məsafəni azaltması” barədə danışıb. O, Ermənistanın heç bir zaman həmin ərazilərə nəzarət etmədiyini söyləyib.

Digər tərəfdən isə “Azərbaycan tərəfinin fəaliyyəti barədə məsələnin beynəlxalq instansiyalarda qaldırıldığı” ilə əlaqədar bəyanat verib. Bu bəyanat onun özü-özünü təkzib etməsini bir daha sübut edir.

Üstündən xeyli müddət keçməsinə baxmayaraq D.Tonoyan Ermənistan ordusunun guya Naxçıvan istiqamətdə hansısa tədbirlər görməsi barədə yalan fikirlər səsləndirməklə bu ölkədə keçiriləcək parlament seçkiləri qabağı erməni ictimaiyyətini yenidən çaşqınlığa sürükləyir. Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurları əks etdirən foto və video materiallar mediada ətraflı yayımlanıb və ictimaiyyət, o cümlədən beynəlxalq qurumlar da bu barədə kifayət qədər məlumatlandırılıb.