CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandan külli miqdarda valyuta çıxarmaq istədilər

Yoxlama zamanı vətəndaşın üzərində 20000 ABŞ dolları aşkar edilib
Sputnik

BAKI, 12 noyabr — Sputnik. Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunda İran İslam Respublikasına gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən valyutanın olmadığını bildirib.

Yoxlama zamanı, onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 20000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.