BAKI, 12 noyabr — Sputnik. Mediada Rusiya estradasının primadonnası Alla Puqaçovanın sağalmaz xəstəliyə tutulduğu yazılır.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Alla Puqaçovada ikinci dərəcəli şəkərli diabet xəstəliyi aşkarlanıb. Müğənninin son zamanlar çəkilən şəkillərində də bunu görmək olar. O, çox arıqlayıb və üzündən xəstə olması sezilir.
Şəkərli diabet xəstəliyi artıq çəki, stress, qorxu və digər səbəblərdən yaranır. Müğənni dəfələrlə müsahibələrində deyib ki, o stressli həyat yaşayır. Eyni zamanda müğənnidə yüksək xolesterin aşkarlanıb. Bu səbədən o, koronar damarların genişləndirilməsi üsuluna əl atmalı olub.
İddia edilir ki, Puqaçova ölümcül xəstə olduğunu bildiyindən həyat yoldaşı Maksim Qalkinlə kilsədə də evlənmək qərarına gəlib.
Onun xəstəliyini hamıdan gizlətməyə çalışdığı bildirilir.