ABŞ qırıcısı Yaponiya sahilində qəzaya uğrayıb

Donanmanın rəhbərliyi baş verən qəza ilə bağlı araşdırmalara başlayıb
Sputnik

BAKI, 12 noyabr — Sputnik. ABŞ-a məxsus "F/A-18" qırıcı təyyarəsi Yaponiyanın Okinava prefekturasında qəzaya uğrayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qəzanın texniki nasazlıqdan baş verdiyi bildirilir.

Təyyarədəki iki pilot sağ qalıb. ABŞ donanmasının rəhbərliyi baş verən qəza ilə bağlı araşdırmalara başlayıb.