HADİSƏ

Qəbələdə dağlıq ərazidə yıxılan kişi ölüb

Hadisə yerinə Şimal-Qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub
Sputnik

BAKI, 11 noyabr — Sputnik. Qəbələdə dağlıq ərazidə yüksəklikdən yıxılan şəxs dünyasını dəyişib.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Həmzəli kəndində dağlıq ərazidə yüksəklikdən yıxılmış 1975-ci il təvəllüdlü Mehralıyev Sadiq Məmməd oğlunun meyitinin çıxarılması üçün müraciət daxil olub.

Hadisə yerinə Şimal-Qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.