İQTİSADİYYAT

OPEC neftin qiymətini qaldırmağa hazırlaşır

"Bazar həddindən artıq doyub, hasilatın sutkada 1 milyon barel azaldılması ideyası, yaxşı başlanğıcdır"
Sputnik

BAKI, 11 noyabr — Sputnik. OPEK+ ölkələrinin əksəriyyəti neft hasilatının azaldılmasını dəstəkləyib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Omanın neft naziri Məhəmməd ər-Rumhi Monitorinq komitəsinin Əbu-Dabidə keçirilən iclasının kuluarlarında deyib.

"Bazar həddindən artıq doyub, hasilatın sutkada 1 milyon barel azaldılması ideyası, yaxşı başlanğıcdır", — deyə o bildirib.

Nazir əlavə edib ki, hasilatın azaldılması ideyasını Vyana sazişinin əksər iştirakçıları dəstəkləyir.

Xatırladaq ki, bundan əvvəl OPEC+ ölkələrinin oktyabrda razılaşmaya 106% əməl etdikləri barədə məlumat yayılmışdı.