Dəhşətli xəstəlikdən 200 nəfər dünyasını dəyişdi

Konqoda ilk dəfə ebola epidemiyası 1976-cı ildə qeydə alınıb
Sputnik

BAKI, 11 noyabr — Sputnik. Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma halları 326-ya çatıb.

Sputnik Azərbaycan RİA Novosti-yə xəbər verir ki, bu barədə Konqonun Səhiyyə Nazirliyi məlumat yayıb.

İnformasiyada bildirilir ki, noyabrın 9-u Şimali Kivu və İturi əyalətlərində 326 Ebola virusuna yoluxma halı qeydə alınıb, onlardan 291-i təsdiqlənib və 201 nəfər dünyasını dəyişib.

Bəyanatda deyilir: "Dünyada heç bir epidemiya bizim bu gün yaşadığımız qədər çətin olmayıb".

Konqoda ilk dəfə ebola epidemiyası 1976-cı ildə qeydə alınıb. İndiyə qədər epidemiya 10 dəfə olub. Hazırkı epidemiya bütün əvvəlkilərdən daha ağırı hesab edilir.