"Ölüm kometası" sabah Yerə yaxınlaşacaq - FOTO

Hazırkı yaxınlaşma Yer kürəsi üçün heç bir təhlükə daşımır
Sputnik

BAKI, 10 noyabr — Sputnik. Noyabrın 11-də Yerə “2015 TV 145” asteroidi yaxınlaşacaq. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, obyekt Yerdən 38 milyon kilometr aralıdan keçəcək.

"Ölüm kometası" sabah Yerə yaxınlaşacaq - FOTO

NASA ekspertlərinin fikrincə, asteroid ölü kometadır. İnsan kəllə sümüyünü xatırlatdığına görə, göy cisminə "ölüm kometası" adı verilib.

Asteroid ilk dəfə 2015-ci ildə Yer kürəsindən yarım milyon kilometr uzaqlıqdan keçən zaman müşahidə sahəsinə düşüb. Həmin vaxt astrofiziklər onun bir neçə fotosunu da çəkə bilib.

Hazırkı yaxınlaşma Yer kürəsi üçün heç bir təhlükə daşımır. Gələn dəfə "ölüm kometası" Yerə 2082-ci ildə yaxınlaşacaq.