HADİSƏ

Nardaran sakini saxlanıldı

Faktla bağlı cinayət işi başlanılıb
Sputnik

BAKI, 9 noyabr — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nardaran qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsəbə sakini Əli Əhmədov saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən "Makarov" markalı tapança, 2 ədəd patron darağı və 14 ədəd patron da aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.