BAKI, 9 noyabr — Sputnik. Türkiyənin Karabük rayonun əxlaqsızlığa qarşı keçirilən əməliyyat zamanı üç azərbaycanlı qadın saxlanılıb. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, Karabük Polis İdarəsinin əməkdaşları daxil olmuş xüsusi məlumata əsasən, Yüz il məhəlləsində bir evə basqın edib. Basqın zamanı fahişəliklə məşğul olan rus əsilli 29 yaşlı F.R., azərbaycanlı qadınlar — 45 yaşlı K. S. və 19 yaşlı A.S və qadınlarla birlikdə olan kişilər 46 yaşlı T.Ç, 39 yaşlı İ.Ö. və 38 yaşlı M.A yaxalanıb.
Əməliyyat zamanı qadınları pul qarşılığında fahişəlik etdirən K.S.-nin bacısı olan 50 yaşlı L.M. də saxlanılıb. Fahişəliklə qazanılan 5500 lirə (1700 manat) pul götürülüb. Yaxalanan şəxslər hər biri 521 lirə (160 manat) cərimə edilib.
Bundan sonra qadınlar Karabük Təhsil və Araşdırma Xəstəxanasının Zöhrəvi Xəstəliklər şöbəsində müayinə edildikdən sonra deportasiya edilmək üçün Karabük Valiliyinin Miqrasiya İdarəsinə aparılıb.