HADİSƏ

ABŞ-da məktəbə silahlı hücum oldu

Polisin atəşə cavab verdiyi bildirilir
Sputnik

BAKI, 9 noyabr — Sputnik. ABŞ-ın Şimali Karolina ştatına bağlı Vilminqton şəhərində bir liseyə silahlı hücum olub.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, liseyə girən bir nəfər atəş açıb.
Polisin atəşə cavab verdiyi bildirilir.
Rəsmilərdən biri hüquq-mühafizə orqanlarının bu şəxsi həbs etməyə çalışdığını deyib.
Qeyd edə ki, dünən ABŞ-ın Kaliforniya ştatında bir bara silahlı hücum təşkil edilmiş, təcavüzkar daxil cəmi 13 nəfər həyatını itirmişdi.