İQTİSADİYYAT

ABŞ İraqa daha 45 gün vaxt verdi

İraq, elektrik stansiyalarına yanacaq təchizatı üçün İrandan qaz idxal edir
Sputnik

BAKI, 9 noyabr — Sputnik. "ABŞ, İrandan təbii qaz alan İraqa 45 günlük müvəqqəti bir sərbəstlik verib".

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Bağdaddakı səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ-ın sanksiyaları İran xalqına deyil, İran rejiminin davranışlarına yönəlib.

İraq, elektrik stansiyalarına yanacaq təchizatı üçün İrandan qaz idxal edir.

Qeyd edək ki, İraq baş naziri Adil Abdulmehdi əvvəlki günlərdə ölkəsinin ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan azad tutulduğunu, çünki, regional mübarizədə tərəfsiz olduğunu söyləmişdi.

ABŞ 5 noyabrdan etibarən sanksiya paketinin ikinci mərhələsi çərçivəsində 50 İran bankı və 700-dən çox şirkət və şəxsləri sanksiya siyahısına əlavə edib.

ABŞ hökuməti Türkiyə, Cənubi Koreya, İtaliya, Yunanıstan, Çin, Tayvan, Hindistan və Yaponiyaya daha 180 gün İran ilə neft ticarəti məsələsində sərbəstlik verdiyini bildirmişdi.