İQTİSADİYYAT

"Ölkədə pul kredit siyasəti adekvat vəziyyətə gətirilməlidir"

Büdcənin əsas hissəsi sosial sferaya yönəldilməlidir
Sputnik

BAKI, 8 noyabr — Sputnik. "Azərbaycan iqtisadiyyatında artıq büdcə vəsaitlərinin mövcudluğundan danışmaq doğru deyil". Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə Elşad Məmmədov deyib.

Professor bildirib ki, Beynəlxalq Valyuta Fondu tərəfindən davamlı olaraq bununla bağlı Azərbaycana tövsiyələr verilir və müxtəlif illüziyalar yaradılmağa çalışılır: "Hesab edirəm ki, büdcənin əsas hissəsi sosial sferaya yönəldilməlidir. Çünki sosial sferaya yönəldilən vəsaitlər xroniki olaraq az çəkiyə malikdir. Buna görə də sosial sahələrə ayırmalar ən azı iki dəfə artırılmalıdır. Ölkədə pul kredit siyasəti adekvat vəziyyətə gətirilməlidir".