Müzakirədə "İqtisadi resursların öyrənilməsi" İctimai Birliyinin sədri Ruslan Atakişiyev, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti Radil Fətullayev, Rusiya iqtisadiyyat məktəbinin direktor müavini, professor Elşad Məmmədov və Sputnik Azərbaycan-ın iqtisadi təhlilçisi Fuad Əlizadə iştirak ediblər.
Müzakirədə bildirilib ki, 2018-ci il vergi sahəsində keçid ili olub və 2019-cu ilin yanvarından böyük islahatlar aparılacaq. Bu islahatların əsas hədəfi kölgə iqtisadiyyatın şəffaflaşdırılması, nəğdsiz hesablaşmalara keçid və əhalinin işlə təmin məsələsində əhalinin sosial müdafiəsi məsələləridir.