Dünya şöhrətli müğənni azərbaycanlı dizaynerin hazırladığı geyimi seçib

Beyons azərbaycanlı dizaynerin hazırladığı idman geyimini bəyənib və onunla fotosessiya edib
Sputnik

BAKI, 8 noyabr — Sputnik. Dünya şöhrətli müğənni Beyons azərbaycanlı dizayner Rüfət İsmayılın kolleksiyasından olan idman kostyumunu nümayiş etdirib.

Bu barədə Sputnik Azərbaycan-a İsmayıl özü məlumat verib. Beyons Instagram sosial şəbəkəsindəki səhifəsində özünün yeni fotosessiyasından bir neçə şəkil paylaşıb. Bu şəkillərdə müğənni Rüfət İsmayılın yeni 2019-cu ilin yaz-yay kolleksiyasına aid olan idman kostyumunu nümayiş etdirib.

Dizaynerin sözlərinə görə, müğənni gələcəkdə onlarla əməkdaşlıq etmək arzusunu bildirib. 

Müğənni İlahə Fəda: "Məni niyə həbs etmirlər?"

Beyons R&B stilində ifa edən amerikalı müğənni, aktrisa, rəqqasə və musiqi prodüseridir. Ö, özünün bütün musiqi karyerası ərzində 20 Grammy mükafatı alıb və 52 nominasiyanın qalibi olub. Beyons özünün ilk mükafatını 19 yaşında əldə edib. 2017-ci ildə "2016-cı ilin ən çox qazanan musiqiçiləri"nin Billboard"s reytinqində birinci yeri tutub. Billboard"s nəşrinin məlumatına görə, onun illik gəliri 62,1 milyon dollar təşkil edib.

Rüfət İsmayıl artıq uzun illərdir öz fəaliyyətini Türkiyədə davam etdirir. O, Affair brendinin yaradıcısıdr. Onun brendindən olan məhsullar Milan, Florensiya, Tehran və dünyanın digər şəhərlərində nümayiş etdirilib. O, öz mükafatları ilə birlikdə "Türkiyənin ən yaxşı dizayneri" titulunu əldə edib. İsmayılın kolleksiyası həmçinin Məkkədə dünyanın ən məşhur moda sənayesi öncülü olan Pitti Uomo-da nümayiş etdirilib. Fashion TV kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb.

Rüfət İsmayıl bu yaxınlarda Azərbaycanı Nyu-Yorkda keçirilən moda həftəsində uğurla təmsil edib. O, hal-hazırda Azərbaycanın xalq artisti Aygün Kazımovanın da dizayneridir.