BAKI, 8 noyabr — Sputnik. "Hazırda "Bakı Metropoliteni" QSC-nin III – "Bənövşəyi xətt"inin tikintisi davam etdirilir və bu ilin sonunda ilk iki stansiyanın istismara verilməsi nəzərdə tutulur".
"Report"un məlumatına görə, bunu qurumun istismar üzrə baş mühəndisi Əlixan Osmanov metro işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə bildirib.
"Burada çətinlik ondan ibarətdir ki, metropolitenin baş layihəçisi — Fransanın SYSTRA şirkəti işlədiyi müddət ərzində yalnız konsepsiyanı irəli sürüb və ümumi istiqamətlər verməklə məşğul olub. Qısa müddətdə "Bakımetrolayihə" institutunun işi canlandırılıb və ən zəruri layihələr hazırlanıb. Onun nəticəsidir ki, ilin sonunda iki stansiyanın istismara verilməsi nəzərdə tutulur. "Bənövşəyi xətt"in digər stansiyalarının tikintisində işlər lazımi səviyyədə aparılır", — deyə o qeyd edib.