HADİSƏ

Xalq artisti Amaliya Pənahova vəfat edib

Xalq artisti, keçmiş millət vəkili dünyasını dəyişib
Sputnik

BAKI, 8 noyabr  - Sputnik. Xalq artisti, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri Amaliya Pənahova dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova öz "Facebook" səhifəsində məlumat verib.

Hadisəni Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümmbətov da təsdiqləyib. Onun sözlərinə görə, Amaliya Pənahova ilə vida mərasimi və harada dəfn olunması məsələsi müzakirə edilir.

Daha ətraflı məlumat verəcəyik.