BAKI, 8 noyabr — Sputnik. Dünən axşam saatlarından başlayan yağış şəhərin mərkəzi küçələrində avtomobillərin hərəkətini iflic edib. Sputnik Azərbaycan xəbər verir ki, təxminən, 10:20 radələrində Xocalı prospektində 30 nömrəli avtobusla “Prado" markalı avtomobil toqquşub. Nəticədə Xocalı prospektindən Bakı Əyləncə Mərkəzi istiqamətinə gedən yol bağlanıb.
"Xətai" metrostansiyası ətrafından başlayan tıxac Akademik Milli Dram Teatrının yaxınlığına qədər davam edir.
"Azdrama"nın ətrafında isə küçəni su basıb. Hadisə yerində hazırda Dövlət Yol Polisi və Fövqəlada Hallar Nazirliyinin əməkdaşları işləyir. Üç ədəd FHN avtomobili və DYP əməkdaşları dayanmadan küçədən axan selin çəkilməsi və nəqliyyatın hərəkətinin bərpa edilməsi istiqamətində işlər görür.