“İrana qarşı sanksiyalar region ölkələrinə az təsir edəcək”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, region ölkələri İranla əsasən sadə ticari mübadilələr aparır:
“Azərbaycanın İranla ikitərəfli ticarət dövriyyəmiz 260 milyon dollar civarındadır. Bu da əsasən neft-kimya və aqrar sahədə olan əlaqələrdən formalaşır. İranın ən çox ticarət dövriyyəsinə malik olduğu ölkə Türkiyədir. ABŞ-ın son vaxtlar Türkiyəyə qarşı siyasətinin yumşalması onu deməyə əsas verir ki, sanksiyalar Türkiyəyə də bir o qədər təsir etməyəcək”.
Noyabrın 5-dən etibarən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi qüvvəyə minib.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz