HADİSƏ

Körpə Erkin dünyaya göz yumdu...

Bir il ağır xəstəliklə mübarizə aparan körpə dünyasını dəyişdi
Sputnik

BAKI, 7 noyabr — Sputnik. 3 yaşlı Erkin Salmanov onkoloji xəstəlikdən dünyasını dəyişib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Körpə Erkin dünyaya göz yumdu...

O, Erkinin ötən gün gecə saatlarında dünyasını dəyişdiyini bildirib: “Sosial şəbəkələrdə yayılan məlumatlardan sonra Erkinin ailəsi ilə tanış olduq, ona dəstək olmağa çalışdıq. Erkin haqda məlumat aldıqda onun uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkdiyini öyrənə bildim. Bədənində şiş vardı. Bir ildən artıq idi ki, xarici ölkələrin birində müalicə alırdı”.

Birliyin sədri Erkinə dəstək aksiyalarından da söz açıb: “Erkinə dəstək üçün müxtəlif aksiyalar təşkil olundu. Lakin təəssüflər olsun ki, mələyimizi qoruya bilmədik”.