SƏHİYYƏ

İcbari tibbi sığortanın tətbiqi niyə ləngiyir - Səbəb aydın oldu

Gələn il əmək haqlarımızdan icbari tibii sığorta ayırması tutulmayacaq
Sputnik

BAKI, 7 noyabr — Sputnik. "İcbari tibbi sığortanı niyə 2019-cu ildən tətbiq etmək mümkün olmadı? Bu da əslində gözlənilən idi. Çünki, hələlik dövlət xəstəxanaları tam olaraq icbari tibbi sığortanın tətbiqinə hazır deyil".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, bu sığorta növünün tətbiqi üçün qeyri-leqal məşğulluğun minimumlaşdırılmasına, sığorta şirkətləri ilə hospitalların münasibətlərinin tənzimlənməsinə ehtiyac var.

"Sığorta paketlərinin məbləği, ödənişin işçi və işə götürən arasında necə bölüşdürülməsi kimi məsələlər də açıq qalıb. Buna görə də, gələn il sizin əmək haqqınızdan icbari tibii sığorta ayırması tutulmayacaq" - Bayramov vurğulayıb.