QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xüsusi nümayəndə Azərbaycana gəlib, mövzu Qarabağdır

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirə ediləcəyi gözlənilir
Sputnik

BAKI, 7 noyabr — Sputnik. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana gəlib. Sputnik Azərbaycan xəbər verir ki, ikigünlük səfər çərçivəsində Klaar ölkə prezidenti İlham Əliyev də daxil olmaqla bir sıra rəsmi şəxslər ilə görüşlər keçirəcək.

Xüsusi nümayəndənin səfəri zamanı Azərbaycanla Aİ arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirə ediləcəyi gözlənilir.