Gözlənilməz istefa bütün ölkəni qarışdırdı

Lutsenko əlavə edib ki, ölkədə ikihakimiyyətliliyə yol verə bilməz
Sputnik

BAKI, 6 noyabr — Sputnik. Ukrayna Baş prokuroru Yuri Lutsenko bəyan edib ki, tutduğu vəzifədən istefa verir. Bu barədə Sputnik Azərbaycan "112 Ukrayna"-ya istinadən xəbər verir.

Lutsenko istefa verəcəyini Ali Radada çıxışı zamanı bildirib.

"Hakimiyyət hərisi olmadığımı sübut etmək üçün mən bu gün Ukrayna prezidentinə istefa ərizəmi təqdim edəcəyəm. Siz isə bu məsələyə parlamentdə baxmalısınız. Xahiş edirəm məsələyə bu həftə baxın", — deyə Lutsenko qeyd edib.

Lutsenko əlavə edib ki, ölkədə ikihakimiyyətliliyə yol verə bilməz.