RUSİYA

Rusiya və ABŞ qırıcıları səmada qarşı-qarşıya gəldi - VİDEO

İyirmi beş dəqiqə ərzində "Su-27" təyyarəsi iki dəfə "EP-3" qırıcısına yaxınlaşıb
Sputnik

BAKI, 6 noyabr — Sputnik. Qara dənizdə Rusiyaya məxsus "Su-27" qırıcısı ABŞ-ın kəşfiyyat təyyarəsi olan "EP-3"-ə təhlükəli dərəcədə yaxınlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, 25 dəqiqə ərzində "Su-27" təyyarəsi iki dəfə "EP-3" qırıcısına yaxınlaşıb.

Yaxın Şərq yenə qarışdı: İsrail Suriya qırıcısını vurdu

ABŞ Hərbi Dəniz Qüvvələrindən insidentlə bağlı yayılan açıqlamada bildirilir ki, Rusiya pilotlarının hərəkətləri ABŞ ekipajının həyatını təhlükə altına atıb. ABŞ Hərbi Dəniz Qüvvələri, həmçinin hadisənin beynəlxalq hava məkanında baş verdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi isə "Su-27" qırıcısının ABŞ-a məxsus təyyarənin Rusiya hava məkanına yaxınlaşmasına görə havaya qaldırıldığını bəyan edib.

Rusiya Müdafiə Nazirliyi təyyarənin təhlükəli manevr etməsini təkzib edib: "Qırıcımız ABŞ təyyarəsinə təhlükəsiz dərəcədə yaxınlaşıb, onu idenfikasiya edib və "EP-3" istiqamətini dəyişib, Rusiya sərhədlərindən uzaqlaşdıqdan sonra bazaya qayıdıb".

ABŞ Hərbi Dəniz Qüvvələri insidentin videogörüntüsünü də yayımlayıb.