İQTİSADİYYAT

Ərdoğan İrana qarşı sanksiyalar barədə sərt danışdı

Qeyd edək ki, ötən gündən etibarən ABŞ-ın İrana qarşı yeni sanksiyaları qüvvəyə minib
Sputnik

BAKI, 6 noyabr — Sputnik. Ankara İrana qarşı sanksiyaların tətbiqinin düzgün olduğunu hesab etmir, onlar dünyada balansı pozur. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz sanksiyaların tətbiqini düzgün hesab etmirik. Bu addım dünyada balansın pozulmasına yönəlib. Bu, beynəlxalq hüquq normalarının pozulmasıdır. Biz imperiya dünyasında yaşamaq istəmirik", — deyə Ərdoğan vurğulayıb.

O, əlavə edib ki, Türkiyə İrandan 10 milyard kubmetr qaz alır.

Qeyd edək ki, ötən gündən etibarən ABŞ-ın İrana qarşı yeni sanksiyaları qüvvəyə minib. Yeni sanksiyalar energetika sahəsini – İran neftinin ixracını əhatə edəcək. Rəsmi Vaşinqton bəyan edib ki, onun məqsədi İran neftinin ixracını minimuma endirməkdir.