Qonşu ölkədə zəlzələ olub

Təbiət hadisəsi Gürcüstanın Oni şəhərində baş verib
Sputnik

BAKI, 6 noyabr — Sputnik. Gürcüstanda 4.6 bal gücündə zəlzələ olub. Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, təbiət hadisəsi Gürcüstanın Oni şəhərində baş verib.

Gürcüstan Təbii Fəlakətlər və Fövqəladə Hallar Nazirliyinin internet saytında yer alan xəbərə görə, zəlzələ yerli saatla 04.17-də qeydə alınıb. Zəlzələnin episentri Türkiyənin Ardahan rayonunun Posof bölgəsinə 110 kilometr məsafədə və yerin 18 kilometr dərinliyində olub.