HADİSƏ

Cahangir Hacıyevin həyat yoldaşı Londonda həbs olundu

55 yaşlı Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub
Sputnik

BAKI, 6 noyabr — Sputnik. Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva İngiltərənin paytaxtı Londonda saxlanılıb.

Sputnik AzərbaycanBBC-yə istinadən xəbər verir ki, 55 yaşlı Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub. 

Müğənni İlahə Fəda: "Məni niyə həbs etmirlər?"

Bu sərəncama əsasən, o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

UWO, Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, o, ötən həftə Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb. Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahiş ilə bağlıdır.

Bildirilir ki, onun Böyük Britaniyadan Azərbaycana ekstradisiya edilməsi müzakirə olunur.