MƏDƏNİYYƏT

Bakıda II Tanqo Festivalı keçiriləcək

Pulsuz tanqo dərsləri veriləcək
Sputnik

BAKI, 6 noyabr — Sputnik. Bu ilin 16-18 noyabr tarixlərində "The Landmark Hotel", "IN Tango Baku", "Tango On" və "El Club de Tango"nun dəstəyi, Argentinanın Azərbaycandakı səfirliyi və "The Landmark Hotel"in təşkilatçılığı ilə Bakı Tango Festivalının 2-ci buraxılışı keçiriləcək.

Bakıda II Tanqo Festivalı keçiriləcək

Bu barədə Argentina səfirliyindən Sputnik Azərbaycan-a məlumat verilib. Festivalın 3 gün ərzində Argentina, Gürcüstan və Türkiyədən dəvət olunmuş 4 tanqo cütlüyü tərəfindən yeni başlayanlar və orta səviyyə rəqs edənlər üçün təmamilə pulsuz tanqo dərslər veriləcək.

Festivalın əsas tədbiri olan Qala Gecə şənbə günü axşam 20:00-da başlayacaq. Burada yerli və beynəlxalq rəqqasların qısa rəqs performansları baş tutacaq.

Performanslar arasında rəqs meydanı Alelsey Miltix (violonçel), Ceyla Seyidova (skripka), Səidə Tağı-zadənin (piano) ifasında canlı tanqo musiqisinin müşayəti ilə ictimai tango rəqsləri üçün açıq olacaq, belə ki, hər kəs rəqs edərək və ya yalnız masa arxasında bir şey içərək Arqentin tango mühitini hiss edə biləcək.