FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Gələn il istirahətə getməyə məsləhət bilinən top ölkələr – FOTOLENT

Sputnik

Nüfuzlu turizm nəşri olan Lonely Planet 2019-cu ildə səyahətə getməyə dəyər ölkələrin siyahısını hazırlayıb. Sputnik Azərbaycan bu reytinqdəki top-10-luqda yer alan ölkələri nəzərinizə çatdırır.

Baxmayaraq ki, məzuniyyət mövsümü arxada qalıb, turistlər və səyahətsevərlər istənilən səfərin daha erkən plaşlaşdırılmasının zəruri olduğunu yaxşı bilirlər. Artıq uzun illərdir turistlər üçün təlimatların hazırlanması üzrə ixtisaslaşmış Lonely Planet turizm nəşrinin ekspertləri səyyahlara kömək məqsədilə 2019-cu ildə getmək məsləhət bilinən ölkələrin siyahısını açıqlayıblar.

Bu siyahı tərtib olunarkən müxtəlif kateqoriyadan olan insanların maraqları nəzərə alınıb. Burada ailəvi səyahət etmək istəyənlər, qurmanlar, ekoturistlər, eləcə də ekstremal turizm həvəskarları üçün əlverişli olacaq yerlər nişan verilib. Siyahı tərtib olunarkən turistlərin büdcələri də nəzərə alınıb.

1 / 10
Şri-Lanka
2 / 10
Almaniyada Noyşvanştayn qəsri
3 / 10
Viktoriya şəlaləsi
4 / 10
Panama
5 / 10
Qırğızıstan
6 / 10
Turistlər İndoneziyanın Yava adasındakı Borobodur buddist məbəd kompleksində
7 / 10
Minsk şəhər bələdiyyə binası
8 / 10
San-Tome və Prinsipi
9 / 10
San-Tome və Prinsipi
10 / 10
Beliz