HADİSƏ

Sumqayıtda iki fövqəladə hadisə baş verib

Hadisə yerlərinə FHN əməkdaşları cəlb olunub
Sputnik

BAKI, 5 noyabr — Sputnik. Ötən gecə Sumqayıt şəhərində dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində istifadəyə yararsız məişət əşyaları 10 m2 sahədə yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərində eyni gündə başqa bir yanğın hadisəsi də baş verib. "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri və qida batareyası qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.