CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəmiyyətin çoxdan gözlədiyi yeniliyin tarixi açıqlandı

İcbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinə 2020-ci ildən başlanması gözlənilir
Sputnik

BAKI, 5 noyabr - Sputnik. "Gələn il icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiq olunması üçün yekun hazırlıq işləri həyata keçiriləcək. Sistemin bütün ölkə üzrə tətbiqinə isə, 2020-ci ildən başlanılması gözlənilir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov büdcə müzakirələri zamanı deyib. O bildirib ki, 2019-cu ildə icbari tibbi sığortaya 224 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulub.

"Eyni zamanda, icbari tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən vəsaitlərin xüsusi fondda toplanılması məsələsinə də baxılacaq" - nazir vurğulayıb.