HADİSƏ

Dəhşətli yol qəzası azı 12 nəfərin canını aldı

Hindistanda yol qəzası nəticəsində azı 12 nəfər ölüb
Sputnik

BAKI, 4 noyabr — Sputnik. Hindistanın şimalında yerləşən Sonipat şəhərində baş vermiş yol qəzası nəticəsində azı 12 nəfər həlak olub, 7 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə yük maşınının avtomobillə və digər minik vasitəsi ilə toqquşması nəticəsində baş verib.

Sürücüsü hadisə yerindən qaçan yük maşını polis tərəfindən müsadirə olunub.