HADİSƏ

Hava limanında baş verən qəzada yaralananlar var - FOTO

Atatürk hava limanında qəza nəticəsində 9 nəfər yaralanıb
Sputnik

BAKI, 4 noyabr — Sputnik. İstanbuldakı Atatürk beynəlxalq hava limanında qəza baş verib. Belə ki, xidməti maşınla təmizlik şirkəti əməkdaşlarını daşıyan mikroavtobus toqquşub.

Sputnik Azərbaycan "Anadolu"ya istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.

Əraziyə polis, yanğınsöndürənlər və təcili yardım briqadası cəlb olunub.

Qəza limanın işində problemə səbəb olmayıb.

Atatürk hava limanında qəza baş verib