Asiya nümayəndəsi dünyanın ən gözəli seçildi

"Miss Yer" "Miss Kainat", "Miss Dünya" və "Miss İnterneşnl" ilə yanaşı ən nüfuzlu gözəllik müsabiqələrinin dördlüyünə daxildir
Sputnik

BAKI, 4 noyabr — Sputnik. "Miss Yer" müsabiqəsinin qalibi 23 yaşlı vyetnamlı Fıonq Kxan Nquen olub. Sputnik Azərbaycan bu barədə Rappler-ə istinadən məlumat verir.

Müsabiqə noyabrın 3-də Filippinin Manilə şəhərində keçirilib. İlk dəfədir ki, bu müsabiqədə Vyetnam nümayəndəsi qalib gəlir.

İkinci yeri avstriyalı Melani Mader, üçüncünü meksikalı Melissa Flores, dördüncü yeri isə kolumbiyalı Valeriya Ayos tutublar. 

"Miss Yer" dünyanın ən populyar müsabiqələrindəndir. Müsabiqə hər il Filippində BMT-nin əqidəsi altında keçirilir.

"Miss Yer" "Miss Kainat", "Miss Dünya" və "Miss İnterneşnl" ilə yanaşı ən nüfuzlu gözəllik müsabiqələrinin dördlüyünə daxildir.

Müsabiqənin əsas ideyası diqqəti humanitar problemlərə, ətraf mühitin, canlı təbiətin qorunmasına yönəltməkdir.