Güclü zəlzələ dağlardakı qayaları parçaladı

Yeraltı təkanların mərkəzi Boliviya və Peru sərhədi yaxınlığında yerləşən İquique şəhərində olub
Sputnik

BAKI, 3 noyabr — Sputnik. Sakit okeanın ən aktiv seysmik zonasında zəlzələ baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çilidə 6.2 gücündə zəlzələ baş verib. Yeraltı təkanların mərkəzi Boliviya və Peru sərhədi yaxınlığında yerləşən İquique şəhərində olub. Zəlzələ Boliviya və Peruda da hiss edilib.

Yerin 91 kilometr dərinliyində baş verən zəlzələdən sonra dağlardan qopan sıldırım qayalar okeana düşüb.