HADİSƏ

Bakının ən böyük ticarət mərkəzlərindən birindən 40 min manat oğurlandı

Ticarət mərkəzindən 40 min manat oğurlanıb
Sputnik

BAKI, 3 noyabr — Sputnik. Bakıdakı “Gənclik Mall” ticarət mərkəzində yerləşən geyim dükanından oğurluq olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, ticarət mərkəzindəki “United Color of Benetton” geyim dükanının kassasından 40 min manat pul oğurlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.