HADİSƏ

Bakıda dəhşətli yanğında 3 nəfər öldü

Kafenin qalan hissəsi yanğından mühafizə olunub
Sputnik

BAKI, 3 noyabr — Sputnik. Paytaxtın Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 m² olan kafenin yanar konstruksiyaları 10m² sahədə yanıb.

FHN-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.