CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yaradan Uşaqlar" layihəsi - yaradıcı inkişaf və təhsilə tamamilə yeni bir yanaşmadır

Bütün layihə iştirakçılarını mənəvi dəyərlər üstünlüyü ideyası, xeyirxahlığa, gözəlliyə, həyata və insanlara olan sevgi birləşdirir
Sputnik

BAKI, 2 noyabr — Sputnik. 2018-ci il oktyabrın 27-də Baku Crystal Hall-da YARADAN yaradıcılıq birliyinin "Yaradan Uşaqlar" və www.yaradanproject.az saytının təqdimatı keçirilib.

"Yaradan uşaqlar" xeyriyyə layihəsinin yaradılması ideyası həyatın özündən götürülüb — onun həqiqətləri və hər bir uşağın yaradıcılıq qabiliyyətinə olan inamından. Layihə rəhbəri Nigar Rzayeva layihə barədə belə danışır: "Bu layihəyə başladığımızda bizi həqiqətən nə gözləyəcəyini heç kəs bilmirdi. İndi isə çətin taleyi və ağır yükü olan uşaqlar üzlərində xoşbəxt təbəssüm və sevgi ilə bizim qucağımıza qaçır və bilik yolunda daha da irəliyə getməyə hazır olduqlarını ifadə edirlər. Bu an başa düşürük ki, hər şeyi düzgün etmişik və layihəmiz daim yaşamalı və genişlənməlidir.

"Yaradan Uşaqlar" layihəsi - yaradıcı inkişaf və təhsilə tamamilə yeni bir yanaşmadır

Bizim əsas fəaliyyətimiz məhdud fiziki imkanları olan, aztəminatlı ailələrdən, sığınacaqda və internatda yaşayan 12-16 yaş arasındakı uşaqların bacarıqlarının inkişafı və həyata keçirilməsi üçün şərait yaratmağa və onlara cəmiyyətə uyğunlaşmağa kömək etməkdir.

"Yaradan Uşaqlar" layihəsi - yaradıcı inkişaf və təhsilə tamamilə yeni bir yanaşmadır

Məqsədimiz uşaqların şüurunu genişləndirmələrinə kömək etmək, özlərinə və sevgiyə inamlarını artırmaq, onların yaradıcı gücünü və bacarıqlarını inkişaf və tətbiq etmək, birliyin əhəmiyyətini anlamaq, xoşbəxt olmağı öyrətməkdir”.

"Yaradan Uşaqlar" layihəsi - yaradıcı inkişaf və təhsilə tamamilə yeni bir yanaşmadır

Layihəyə 2018-ci il yanvar ayında start verilib, uşaqlarla ilk görüş və dərslərin ilk günü martın 3-ü baş tutub. Uşaqlarla qrup və fərdi şəkildə keçirilən dərslər, onların rəhbərləri, yəni YARADAN yaradıcı qrupunun üzvləri ilə həftədə bir neçə dəfə keçirilir. Dərslər standart təhsil kurslarından və məktəb dərslərindən fərqlənir. Əsas prinsip şüurumuzun çərçivələrini aşaraq, özümüzü tətbiq və inkişaf etmək yolunda irəliləməkdir. İlin yekunu olaraq 2019-cu ilin mart ayında "Yaradan uşaqlar"-ın birgə işlərindən ibarət tədbir keçiriləcək. Bu tədbirə rəsm əsərləri sərgisi, film, fotoqrafiya, kitab, oyun, musiqi və s. daxildir. Bütün iştirakçılar – həm böyüklər, həm uşaqlar bir mövzu üzrə ("İz") öz işlərini təqdim edəcəklər. Layihənin şüarı: "Yaradım ki, izim qala"dır.

Layihədə 12 uşaq və 15 böyük iştirak edir. Böyük iştirakçılar üç qrupa bölünür: yaradıcı (rəssam, musiqiçi, yazıçı, fotoqraf, rejissor, rəqqas, qida üzrə ustad), pedaqoji (müəllim—psixoloqlar) və təşkilati və ya inzibati. Böyüklərdən ibarət qrupların tərkibi artıq formalaşmasına baxmayaraq bu layihəyə qatılmaq istəyənlər hələ də var. Bu halda, onların iştirakı ehtimalı, imkanları və iştirak forması üzərində birgə düşünərək razılaşıb, ən uyğun variant tapılır.

"Yaradan Uşaqlar" layihəsi - yaradıcı inkişaf və təhsilə tamamilə yeni bir yanaşmadır

Layihədə iştirak edənlərin hamısı könüllülərdir. Bütün layihə iştirakçılarını mənəvi dəyərlər üstünlüyü ideyası, xeyirxahlığa, gözəlliyə, həyata və insanlara olan sevgi birləşdirir.