Yola çıxan it 40 nəfərin faciəsinə səbəb oldu

Avtobusdakı 40 nəfərdən 34-ünün Tokata gedən əsgərlər olduğu məlum olub
Sputnik

BAKI, 1 noyabr — Sputnik. İstanbuldan Tokata gedən avtobus qəzaya uğrayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, əsgər daşıyan avtobus 34 BML 277 nömrəli yol avtobusu Suluca kəndi yaxınlığında 34 RUF 35 nömrəli tıra çırpılıb.

Yola çıxan it 40 nəfərin faciəsinə səbəb oldu

Qəza nəticəsində avtobusun sürücüsü Emrə Şakir Güngör və müavini ölüb, 40 nəfər isə yaralanıb. Avtobusdakı 40 nəfərdən 34-ünün Tokata gedən əsgərlər olduğu məlum olub.

Qəzaya qəfil yola çıxan it səbəb olduğu ehtimal edilir.