QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyanın Qarabağa səfərinin əsl səbibi bilindi

Ermənistan hökumətinin başçısının səlahiyyətlərini icra edən Paşinyan qeyd edib ki, istirahəti bazar gününə qədər davam edəcək
Sputnik

BAKI, 2 noyabr — Sputnik. Xəbər veriyimiz kimi, Ermənistan baş naziri səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib. Sputnik Ermənistan xəbər veririr ki, Paşinyan, əslində, Qarabağa istirahət məqsədi ilə gəlib. 

Paşinyan Qarabağa gəldi

"İcazənizlə özümə kiçik məzuniyyət götürüm", - deyə Paşinyan qeyd edib.

Ermənistan hökumətinin başçısının səlahiyyətlərini icra edən Paşinyan qeyd edib ki, istirahəti bazar gününə qədər davam edəcək.

Qeyd edək ki, ötən gün Ermənistan parlamenti növbədənkənar iclası zamanı yenidən baş naziri seçə bilməyib və ölkə Konstitusiyasına əsasən buraxılıb. Ermənistan prezidenti Armen Sarkisyan dekabrın 9-una növbədənkənar parlament seçkilərini təyin edib.