HADİSƏ

Sabirabad sakininə Hacuqabul ərazisində 1000 manat cərimə

Araşdırma zamanı brakonyerin Sabirabad rayon sakini İftixar Əsgərov olduğu müəyyən edilib və ondan ov tüfəngi götürülüb
Sputnik

BAKI, 2 noyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Hacıqabul rayonu ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı brakonyerin Sabirabad rayon sakini İftixar Əsgərov olduğu müəyyən edilib və ondan ov tüfəngi götürülüb. Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib edilib və o, inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.