Həyat yoldaşını intihara sürükləyən kişiyə ağır cəza verildi

68 yaşlı Qraham Moranta 16 il həbs cəzası kəsilib
Sputnik

BAKI, 2 noyabr — Sputnik. Avstraliyada 2014-cü ildə həyat yoldaşını intihara sürükləyən 68 yaşlı Qraham Morantla bağlı məhkəmə sərt qərar qəbul edib.

Sputnik Azərbaycan bbc.com-a istinadən xəbər verir ki, həyat yoldaşı Cenifer Morantı intihara sürükləməkdə təqsirləndirilən kişi baş verən hadisəyə görə günahkar və peşman olmadığını bildirib.

Həyat yoldaşını intihara sürükləyən kişiyə ağır cəza verildi

Morant özünü günahkar hesab etməsə də, onun iddiaları hakim tərəfindən qəbul edilməyib.

Məhkəmə tərəfindən aparılan araşdırma zamanı qadının uzun müddət depressiya yaşadığı, baş ağrısından əziyyət çəkdiyi məlum olub.

Məhkəmə ittiham edilən şəxsin peşman olmamasını və həyat yoldaşının zəifliyindən istifadə edərək onu intihara sürüklədiyini əsas gətirilərək Moranta 16 il həbs cəzası verib. Qərara əsasən, ona həyat yoldaşının intiharına səbəb olduğu üçün 10 il, intihara sürükləməkdə yardımçı olduğu üçün 6 il cəza verilib.