Çin F-35-lərin “qatilini” hazırlayıb

Kuantum radarı F-35 və F-22-ləri 100 kilometr məsafədən müəyyən edərək, təqib edə biləcək
Sputnik

BAKI, 1 noyabr — Sputnik. Çin alimləri dünyanı həyəcanlandıran layihəyə start verib. Rəsmi Pxenyan kuantum radarını istehsal etdiyini açıqlayıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu silah hazırda istifadə edilən radarlardan daha üstün keyfiyyətlərə malikdir. Hələ ki, yeni radarlar prototip səviyyəsindədir.

ABŞ mətbuatı, Çinin bu radardan Amerika təyyarələrinə qarşı istifadə edə biləcəyini yazır. Məlumata görə, kuantum radarı F-35 və F-22-ləri 100 kilometr məsafədən müəyyən edərək, təqib edə biləcək.

Çin 2016-cı ildə start verilən proyektlə kosmik aviasiya texnologiyaları sahəsində dünyanın supergücü olmağı hədəfləyib.