BAKI, 2 noyabr — Sputnik. Türkiyənin Balıkəsir rayonunda fahişəlik etdiyi üçün həbs edilən 3 qadın ölkədən deport edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, saxlanılan qadınlardan iki Azərbaycan, biri Özbəkistan vətəndaşıdır.
Azərbaycan vətəndaşları - 27 yaşlı G.G, 30 yaşlı A.R və 29 yaşlı Özbəkistan vətəndaşı izahatları alındıqdan sonra ölkədən çıxarılıb. Qadınlarda yoluxucu xəstəliklərin olub-olmaması da yoxlanılıb.