CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda məşhur prodüser vəfat edib 

Nahid Emiloğlu ürək çatışmazlığından dünyasını dəyişib
Sputnik

BAKI, 2 noyabr - Sputnik. Azərbaycanda yerli və xarici müğənnilərin konsertlərini təşkil edən prodüser və təşkilatçı Nahid Emiloğlu vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Mərhumun yaxınları bildiriblər ki, o, ürək çatışmazlığından əziyyət çəkib.

Bildirilir ki, prodüser müalicə olunsa da, sonda tənəffüs çatışmazlığından dünyasını dəyişib.