Sirkdə şirin yaraladığı qızın vəziyyəti ağırdır – VİDEO

Atası bildirib ki, gələcəkdə qızın müalicəsinin davam etdirilməsi üçün onlara böyük məbləğdə pul lazım ola bilər
Sputnik

BAKI, 1 noyabr — Sputnik. Sirkdə şirin hücum etdiyi 4 yaşlı qızın atası onun vəziyyəti haqqında məlumat verib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qız əməliyyat edilib və hazırda həkimlər onun həyatı uğrunda mübarizə aparır.

"Hazırda qız xəstəxananın reanimasiya şöbəsindədir. Onun həyatını qurtarmaq üçün çalışırlar. Vəziyyəti stabil ağır olaraq qalır. O komadadır" – deyə qızın atası bildirib.

O həmçinin qeyd edib ki, gələcəkdə qızın müalicəsinin davam etdirilməsi üçün onlara böyük miqdarda pul lazım ola bilər.

Xatırladaq ki, hadisə oktyabrın 28-də Krasnodar vilayətində baş verib. Tamaşa zamanı şir ilk cərgədə oturmuş qıza hücum edib.

İstintaq Komitəsi sirkin rəhbəri barəsində 2 ay müddətində həbs qərarı çıxarıb. Onu 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.