Böyük Britaniya Qaşıqçının ölümündə əli olanlara qarşı tədbir görəcək

Baş nazir Tereza Mey jurnalist Camal Qaşıqçının ölümündə şübhəli bilinən şəxslərin vizasının ləğv ediləcəyini deyib
Sputnik

BAKI, 1 noyabr — Sputnik. Böyük Britaniyanın Baş naziri Tereza Mey jurnalist Camal Qaşıqçının ölümündə şübhəli bilinən Səudiyyə Ərəbistanı vətəndaşlarının vizalarının ləğv ediləcəyini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Baş nazir parlamentdəki çıxışı zamanı Daxili İşlər Nazirliyinin şübhəli bilinən şəxslərin ölkəyə girişinin qarşısını almaq üçün qanuni yollara müraciət edəcəyini bildirərək deyib: “Əgər o şəxslərin vizası varsa, həmin vizalarda ləğv ediləcək”.