QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edib

Dövlət başçısı ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
Sputnik

BAKI, 1 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer, Rusiyadan olan həmsədr İqor Popov, Fransadan olan həmsədr Stefan Viskontin və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak edib.