BAKI, 1 noyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, fərmanla “Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin tərkibinin və Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 aprel tarixli 86 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 231) 1-ci hissəsi ləğv edilib.