Kim Çen In tezliklə Cənubi Koreyaya səfər edəcək

Bundan əvvəl Cənubi Koreyanın KXDR ilə dəmir yolu əlaqəsi yaratmağı planlaşdırdığı bildirilib
Sputnik

BAKI, 1 noyabr — Sputnik. KXDR lideri Kim Çen In tez bir zamanda Seula səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Mun Çje İnə istinadən "Associated Press" məlumat yayıb.

Bununla belə prezident Şimali Koreya liderinin səfərinin təfərrüatları barədə məlumat verməyib.

Bundan əvvəl Cənubi Koreyanın KXDR ilə dəmir yolu əlaqəsi yaratmağı planlaşdırdığı bildirilib.